Bu ölkə səfirliyini İrandan Azərbaycana köçürdü

media-hightechnic-468x90

Macarıstan öz səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb.

Yenicag.az xəbər verir ki, bu barədə Macarıstan XİN başçısı Peter Siyarto sosial şəbəkə səhifəsindəki video müraciətində bildirib.

XİN başçısı qeyd edib ki, Macarıstanın 6 vətəndaşı artıq Azərbaycan vasitəsilə İranı tərk edib.

Bundan sonra o, diplomatlara da eyni şəkildə hərəkət etməyi tapşırıb:

“Tehrandakı səfirliyimizdə işləyən bütün diplomatlara və ailə üzvlərinə İranı tərk etmək barədə göstəriş vermək qərarına gəldim. Beləliklə, səfirliyin əməkdaşları və onların ailə üzvləri, ümumilikdə 15 nəfər də Azərbaycana təxliyə edilib. Tehrandakı səfirliyin işi təhlükəsizlik şəraiti yaxşılaşana qədər müvəqqəti olaraq Bakıdan həyata keçiriləcək. Orada işləyənlərin və onların ailələrinin, o cümlədən uşaqların həyatını qorumaq üçün bu qərarı qəbul etməli oldum”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600