!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkədə 35 ildən sonra kinoteatr açıldı - FOTOLAR

!Reklam – Yazi

Səudiyyə Ərəbistanında daha bir qadağa aradan qaldırılıb.

Yenicag.az xəbər verir ki, sözügedən ölkədə 35 ildən sonra kinoteatrda film nümayiş etdirilib.

“Qara pantera” filminin qalası ilə məlum qadağa ləğv edilib.

“American Multi-Cinema” tərəfindən təşkil olunan tədbirdə ölkənin mədəniyyət və informasiya naziri Avad bin Salih el-Avadla yanaşı, bir sıra dövlət rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, son vaxtlar Səudiyyə Ərəbistanında bir sıra qadağalar aradan qaldırılıb. Bunlara qadınların maşın sürməsi, zərif cinsin nümayəndələrinin stadiondan futbol matçı izləməsi kimi nümunələr gətirmək olar.

www.yenicag.az

1345
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv