Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu ölkədə də fövqəladə vəziyyət müddəti uzadıldı

Latviyada pandemiya ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət 11 yanvar tarixinədək uzadılıb.

Yenicag.az xəbər verir ki, müvafiq qərar respublika hökuməti və Böhran idarəetmə şurasının birgə iclasında qəbul edilib.

Baş nazir Krişyanis Karinşin jurnalistlərə verdiyi məlumata görə, Latviyada koronavirusun yayılması ilə bağlı vəziyyət son dərəcə ciddidir və bu səbəbdən hökumət insan təmaslarını azaltmaq və infeksiya zəncirlərini qırmaq üçün fövqəladə vəziyyəti uzatmağa və məhdudiyyətləri sərtləşdirməyə məcburdur.

“Qəbul edilən əsas qərar fövqəladə vəziyyətin 11 yanvar tarixinə qədər uzadılmasıdır. İnsanlar arasındakı təmasları mümkün qədər məhdudlaşdırırıq”, – Karinş deyib.

Latviya hökuməti də mövcud məhdudiyyətlərin sərtləşdirilməsinə qərar verib.

Nazirlər Kabinetinin qərarına görə, bundan sonra evlər istisna olmaqla bütün bağlı məkanlarda tibbi maskalar taxılmalıdır. Bundan əlavə ticarətə əlavə məhdudiyyətlər tətbiq olunur. Həftə sonları yalnız qida, gigiyena və təsərüfat mağazaları, yanacaqdoldurma məntəqələri və apteklər işləyəcək.

www.yenicag.az

188