Bu ölkədə əczaçılara resept yazmağa icazə veriləcək

media-hightechnic-468x90

Britaniyada aptek əczaçılarına xəstəlikləri olan müştərilərə dərman preparatları yazmaq hüququ veriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib.

Onun sözlərinə görə, bu qərar dövlət klinikalarında ümumi praktikantlar üçün gözləmə siyahılarını azaltmağa kömək edəcək.

Əczaçılar boğaz və ya qulaq ağrısı, sidik yollarının iltihabı, eləcə də şikayətləri olan şəxslərə resept yaza biləcəklər.

Yeni qaydalar cari ilin sonunda qüvvəyə minəcək. Dəyişiklik üçün hökumət 645 milyon funt sterlinq ayırmaq niyyətindədir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600