!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkədə inflyasiya rekord həddə çatdı

!Reklam – Yazi

Noyabrda Qazaxıstanda illik inflyasiya 19,6 faiz təşkil edərək tarixi maksimuma çatıb.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətin geniş iclasında deyib:

“Bu ilin 11 ayında iqtisadi artım 4,6 faizdən 2,7% faizə qədər səngiyib. Son 14 ildə inflyasiya tarixi maksimuma çataraq 19,6 faiz təşkil edib. Təbii ki, bu vəziyyət əhalinin həyat səviyyəsinə və gəlirlərinə çox mənfi təsir göstərir”.

Ölkənin Baş naziri Əlixan Smailov öz növbəsində qeyd edib ki, inflyasiyanın bu səviyyəyə çatmasının əsas səbəbləri geosiyasi gərginliyin artması, dünyada rekord bahalaşma, logistika əlaqələrinin pozulması və bəzi malların qonşu ölkələrə ixracına müvəqqəti məhdudiyyətlərin tətbiqi olub.

www.yenicag.az

328
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv