Braziliyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, ölkənin cənubundakı Rio Grande do Sul əyalətində bir müddətdir davam edən yağışlar dağıntılara və insan tələfatına səbəb olub.
Mülki Müdafiə Qərargahının yaydığı açıqlamada itkin düşən 103 nəfərin axtarışının davam etdiyi bildirilib.
Yerli KİV-in məlumatına görə, 421 min insan daşqından zərər çəkib.
Təbii fəlakət zonasına ikinci dəfə səfər edən Braziliya prezidenti Luiz İnasio Lula da Silva zərərçəkənlərə humanitar yardımın çatdırılmasında heç bir maneənin olmadığını bildirib.
Rio Grande do Sul qubernatoru Eduardo Leite mayın 3-də bildirib ki, səlahiyyətlilər hələ də bəzi icmalarla əlaqə saxlaya bilməyiblər.
“Biz son dərəcə müstəsna bir vəziyyət yaşayırıq. Bu, kritik hadisə deyil, dövlət tarixindəki ən dağıdıcı hadisədir”, – deyə o qeyd edib.
Leite faciənin miqyasına görə 180 günlük fövqəladə vəziyyət elan etdiklərini və insanların təxliyəsi üçün böyük səylər göstərdiklərini bildirib.
www.yenicag.az