!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu rayonlarda qar yağıb – 18 sm

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

ETSN-in Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, yanvarın 3-ü saat 12:00-a olan məlumata əsasən, bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi arabir güclənib.

Düşən yağıntının miqdarı Yardımlı 27.0 mm, Biləsuvar 26.0 mm, Ləzədə (Qusar)11.0 mm, Şahbuzda 7.0 mm, Ağdərədə (Ordubad) 6.0 mm, Şabran, Ordubadda 4.0 mm, Xınalıq, Lerik, Quba, Qrızda 3.0 mm, Astara, Şərurda 2.0 mm, Qusar, Xaltan, Sədərəkdə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında yağan yağış 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Ləzədə (Qusar) 18 sm, Qrızda 13 sm, Ağdərədə (Ordubad) 10 sm, Xınalıq, Şahbuzda 7 sm, Xaltanda 6 sm, Lerikdə 4 sm, Şərur, Sədərəkdə 2 sm, Qusar, Sarıbaşda (Qax) 1 sm təşkil edib.

Şimal-qərb küləyi arabir Naftalanda 28-32 m/s, Şəki, Tərtərdə 25 m/s, Bərdə, Neftçala, Qobustan, Gəncə, Daşkəsəndə 20 m/s, Ağdamda 18 m/s, Bakıda və Abşeron yarımadasında 15-19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6°-dək isti, aran rayonlarında 3-6° isti, dağlıq rayonlarda 2-9° şaxta, Naxçıvan MR-da 5-10 şaxta olub.

 

 

www.yenicag.az

184
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100