Bu rayonlarda yerləşən mağazalarda yararsız mallar aşkarlandı
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib.
Yenicag.az azadinform-a istinadən bildirir ki, monitorinqlər zamanı Sumqayıt və Goranboyda fiziki şəxslərə məxsus mağazalarda saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb. Bundan başqa, Sabunçu, Binəqədi və Sabirabadda fiziki şəxslərə məxsus mağazalarda normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyən edilib. Həmçinin, Binəqədi, Sumqayıt, Xaçmaz, Ağsu və Qaxda fiziki şəxslərə məxsus mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.