Bu rayonların qaz təchizatında fasilə yaşanacaq

media-hightechnic-468x90

İyulun 31-də Şamaxı rayonunun bir hissəsində, Ucarda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Yenicag.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Qeyd edilir ki, Şamaxı şəhəri daxil olmaqla, rayonun 1 qəsəbəsinin və 13 kəndinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə 31.07.2023-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək “Ş amaxı” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin görüləcək təmir işləri ilə əlaqədar 31.07.2023-cü il tarixində saat 09:00-dan “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xəttindən və “Lək” QPS-dən qidalanan “Lək 1-ci xətt” ölçü qovşağından da qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri planlaşdırılan müddətdə Şamaxı rayonunun bir hissəsinin, Ucar rayonu üzrə əhali qrup istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600