“Afrika və Aralıq dənizində manevr qabiliyyətinə dəyən ziyan Rusiyanın bütün dünyada nüfuzuna strateji təsir göstərə bilər”.
Yenicag.az xəbər verir ki, bunu Yaxın Şərqdə Bəşər Əsəd devrilişi fonunda Rusiyanın dəyişən mövqeyi ilə bağlı fikirlərini səsləndirən hərbi məsələlər üzrə ekspert Klark Kuper deyib.
Onun sözlərinə görə, Rusiya Yaxın Şərqdəki güc proyeksiyasını və böyük güc mövqeyini itirir:
“ABŞ-nin terror qruplaşması kimi tanıdığı “Heyət Təhrir əl-Şamın” (HTŞ) başçılıq etdiyi suriyalı üsyançılar tərəfindən Dəməşq azad edildi. Bu, Əsəd rejimini dəstəkləyən çoxmillətli quru qüvvələrinin getdikcə deqradasiyasını əks etdirir. Eyni zamanda, Rusiyanın Əsəd rejimi və Aralıq dənizindəki dayağı da əhəmiyyətli dərəcədə sarsıldı”.
“Əsəd rejiminin süqutu ilə sonlanan proseslərə həm də Rusiyanın regionda güc nümayişinin və hökmranlıq iddialarının azalması aspektindən yanaşmaq lazımdır. Kreml indi həm dəniz, həm də hava bazasını itirə bilər. Afrika və Aralıq dənizində manevr qabiliyyətinə dəyən ziyan Rusiyanın bütün dünyada nüfuzuna strateji təsir göstərə bilər”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az