Bu, sadəcə başlanğıcdır – Trampın sui-qəsd bəyanatının arxasındakı GİZLİ MƏQAM

media-hightechnic-468x90

“Hazırda dünyada artıq belə bir anlayış formalaşıb ki, beynəlxalq münasibətlərdə güc əsas rol oynayır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Əlabbas Məhərrəmli deyib.

media-1601573038_683

O, ABŞ Prezidenti Donald Trampın özünə qarşı hər hansı sui-qəsd cəhdi baş verərsə İranı bombalayacağı bəyanatına münasibət bildirib.

Politoloq deyib ki, Tramp belə bir açıqlama verib, amma bu, dərhal icra olunacaq kimi görünmür.

“Hazırda dünyada artıq belə bir anlayış formalaşıb ki, beynəlxalq münasibətlərdə güc əsas rol oynayır. Güclünün sözü keçir, güclü hüquqi və siyasi baxımdan üstün mövqeyə malik olur. Son hadisələr də bunu göstərir. Venesuela məsələsi və digər nümunələr buna sübutdur.

Trampın bu cür açıqlama verməsi isə daha çox siyasi mesaj kimi qiymətləndirilir. Bu, bir növ İrana ünvanlanmış “özünüzü yığışdırın” mesajıdır. Yəni ABŞ prezidenti hücum əmri verə bilər. Amma bu, təkcə onun sözləri ilə dərhal həyata keçirilən bir proses deyil. Eyni zamanda hərbi, hüquqi və siyasi mərhələləri olan mürəkkəb bir prosesdir.

İranı tamamilə məhv etmək praktiki olaraq da mümkün deyil. Belə bir addım böyük regional, hətta qlobal müharibəyə səbəb ola bilər. Orta Şərqdə genişmiqyaslı müharibə başlaya, neftin qiyməti sürətlə yüksələ, dünyada ciddi iqtisadi və siyasi gərginlik yarana bilər. Minlərlə mülki insan zərər görə bilər.

Bu baxımdan, söhbət daha çox təzyiq və qorxutma siyasətindən gedir. Bəli, müharibə ehtimalı mövcuddur, lakin “yer üzündən silmək” kimi ifadələr inandırıcı görünmür. Son dövrlərdə İranda etirazlar səngisə də, yenidən genişlənəcəyi halda ABŞ bir neçə dəfə açıqlama verib ki, insan ölümü artarsa və ya edamlar çoxalarsa, müdaxilə edə bilər.

Şübhəsiz ki, ABŞ böyük dövlətdir və güclü hərbi potensiala malikdir. Amma konkret bu məsələ ilə bağlı mən bunu daha çox siyasi mesaj və psixoloji təzyiq kimi qəbul edirəm”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa