Bu şəhərdə maska ​​rejimi yenidən tətbiq olundu

media-hightechnic-468x90

Dekabrın 20-dən Sankt-Peterburqda kütləvi Yeni il, idman və mədəni tədbirlər zamanı maska ​​rejimi tətbiq olunacaq.

Yenicag.az xəbər verir ki, bu barədə müvafiq qərarı Sankt-Peterburq şəhəri üzrə baş dövlət sanitar həkimi Nataliya Başketova imzalayıb.

Sənəddə deyilir ki, mülkiyyət formasından asılı olmayaraq bütün təşkilat və idarələrin rəhbərləri kütləvi Yeni il şənlikləri, idman və mədəni-kütləvi tədbirlər keçirərkən maskadan istifadə etməlidirlər.

Bundan əlavə, maska ​​rejimi şəhərin tibbi-sosial müəssisələrində də tətbiq olunur.

Şəhər üzrə baş dövlət sanitar həkimi bütün təşkilatlara mütləq temperatur rejiminə riayət etməyi, havanı mütəmadi olaraq havalandırıb dezinfeksiya etməyi, gigiyena vasitələrindən istifadə etməyi tövsiyə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600