Bu şəhidimiz də tələbə imiş - FOTOLAR / VİDEO

media-hightechnic-468x90

Ermənistan Silahlı Qüvvələrinin son təxribatları zamanı şəhid olan Cəmil Qurbanzadə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) tələbəsi olub.

ADBTİA-dan Yenicag.az-a verilən məlumata görə, 2020-ci ildə boks üzrə məşq və fiziki hazırlıq fakültəsinin qiyabi şöbəsinə daxil olan Qurbanzadə 1 il sonra həqiqi hərbi xidmətə yollanıb.

O, Laçın istiqamətində düşmənin təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.

Cəmil Qurbanzadə 2003-cü il aprelin 27-də Astara şəhərində anadan olub.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Şəhidimiz Astara şəhərində torpağa tapşırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600