Bu şəxslər pulsuz müalicə edilməyəcək

Sinqapur hökuməti COVİD-19-a qarşı peyvənd olunmaqdan imtina edən vətəndaşlarının xəstəxana və dərman xərclərini qarşılamayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Sinqapurun Səhiyyə Nazirliyi rəsmi internet saytında məlumat paylaşıb.

“Hazırda reanimasiyaya ehtiyacı olanların böyük əksəriyyəti peyvənd olunmamış xəstələrdir. Bu xəstələr bizim səhiyyə resurslarımız üzərindəki təzyiq və yükü artırırlar”, – açılamada bildirilib.

Nazirlik bildirib ki, 12 yaşa qədər uşaqlar barədə peyvəndləmə qərarı qəbul olunmadığı üçün bu onlara şamil edilmir.