Yanacağın bahalaşması taksi QİYMƏTLƏRİNİ QALDIRACAQ?

media-hightechnic-468x90

Azərbaycanda dizel və benzinin qiymətinin artmasından sonra taksi xidmətlərində tariflərin dəyişib-dəyişməyəcəyi məsələsi gündəmin əsas mövzusuna çevrilib. Sərnişinlər qiymət artımı qorxusu yaşasa da, ekspertlər vəziyyətin fərqli olduğunu bildirirlər.

Yenicag.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov mövzu ilə bağlı danışarkən qiymət artımı ilə bağlı narahatlıqlara son qoyub.

media-msh-1

Ekspert vurğulayıb ki, yanacağın bahalaşması birbaşa taksi tariflərinə təsir etməyəcək:

“Dizel və benzinin qiymətinin qalxması taksi xidmətlərində tarif artımı olacağı anlamına gəlmir. Yanacaq xərclərinin artması taksi qiymətlərini dəyişməyəcək. Çünki taksi qiymətləri fiks (sabit) deyil, dəyişən tarifdir. Qiymət formalaşması tamamilə başqa amillərlə hesablanır”.

Eldəniz Cəfərov həmçinin qeyd edib ki, hazırda taksi parkının böyük hissəsi az yanacaq işlədən maşınlardan ibarətdir:

“Bu gün taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinin böyük əksəriyyəti yanacağa qənaətcil olan avtomobillərdir. Bu səbəbdən də yanacaq artımı xidmət haqqında ciddi sıçrayış yaratmaq gücündə deyil”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa