!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu şirkət ilin sonunadək uçuşları bərpa edəcək

!Reklam – Yazi

“Singapore Airlines” şirkəti ilin sonuna qədər bir çox istiqamətə uçuşları bərpa edəcək və ya tezliklərini artıracaq.

Yenicag.a xəbər ver bu barədə nəqliyyat şirkəti xəbər yayıb.

Məlumatda qeyd edilir ki, ilin sonuna qədər uçuş sayının 15 faizə çatdırılacağı gözlənilir. Amsterdam, Barselona, ​​London, Milan, Paris, Frankfurt şəhərlərinə uçuşlar həyata keçiriləcək. Bundan əlavə, Asiya istiqamətlərinə uçuşlar artacaq.

Hava daşıyıcısının nümayəndələri 2021-ci ilin martına qədər sərnişin axınının normal göstəricilərinin təxminən 50 faiz olacağını ehtimal edirlər.

İyul ayının sonunda “Singapore Airlines” 1.1 milyard Sinqapur dolları (799 milyon dollar) aşan rekord rüblük zərər elan edib. Ötən ay isə şirkət rəhbərliyi 4.3 min iş yerini ixtisar edəcəyini açıqlayıb.

www.yenicag.az

499
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv