"Bu sülh deyil, kövrək atəşkəsdir: Müharibə hər an bərpa oluna bilər" – Politoloqdan XƏBƏRDARLIQ

media-hightechnic-468x90

 

media-banner_tkm

“Əldə edilən razılaşma sülh deyil, kövrək atəşkəsdir.”

Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli bildirib.

Politoloq ABŞ-İran və İran-İsrail münaqişəsinin sülh motivlərini belə sadalayıb:

“İranla ABŞ, İranla İsrail arasında sülh əldə olunmayıb. Sadəcə çox kövrək atəşkəs var. Bu kövrək atəşkəs hər an pozula bilər. Hətta bu sətirlər yayımlandığı zaman hərbi əməliyyatlar bərpa olunmuş ola bilər.

Ötən ilin iyununda İrana qarşı İsrail və ABŞ-ın 12 günlük hərbi əməliyyatından sonra da müharibənin başa çatdığını iddia edənlər vardı. Hətta ABŞ prezidenti də hədəflərinə çatdıqlarını, İranın nüvə proqramını məhv etdiklərini bildirirdi. Cəmi 8 ay sonra daha iri miqyaslı hərbi əməliyyatlar başladı. Ancaq bu dəfə ABŞ prezidenti İranın nüvə proqramının məhv edildiyindən hələ bəhs etməyib. Əksinə, zənginləşdirilmiş 440 kq uranın İran ərazisində olduğunu, bunun təhvil verilməli olduğunu bildirir. Raket proqramı və proksi qüvvələrlə bağlı məsələlərdə də hər hansı irəliləyiş yoxdur.”

X. Cəfərli qeyd edib ki, müharibə qaldığı yerdən davam edə bilər:

“Hərbi əməliyyata səbəb olan amillər mövcudluğunu saxlayır. İranın hərbi gücünün 28 fevral 2026-cı ildən əvvəlki günlə müqayisədə indi daha zəif olduğunu nəzərə alanda, hərbi əməliyyatların başlaması və ya bərpası üçün daha münbit şərait olduğunu söyləmək olar.

Sülhün əldə olunma ehtimalı da çox deyil. İran ABŞ-ın şərtlərini qəbul etsə, bu onun siyasi iflası olacaq. Tramp isə ABŞ-ın irəli sürdüyü şərtlərdən geri çəkilə bilməz. Çünki belə anlaşmanı Senat qəbul etməyəcək. Senatın anlaşmanı qəbul etməyəcəyi halda sanksiyalar qüvvədə qalacaq.

Buraya İsrailin və körfəz ölkələrinin maraqlarından doğan məsələləri də əlavə edəndə sülhün əldə olunma ehtimalı mümkünsüz kimi görünür. İran İsraili məhv etmək siyasətindən imtina edə bilməz. İsrail də bu siyasətin davamı ilə barışmayacaq. Yəni, 38 günlük hərbi əməliyyatlar onu başlayan və dəstəkləyən dövlətlərin maraqlarını təmin etməyib. Uzun illər İranla müharibədən yayınmağa çalışan İsrail artıq rəqibinə 10 ay ərzində iki dəfə hərbi müdaxilə edib. Üçüncünün olmayacağının təminatı yoxdur. Ancaq İsrailin üçüncü dəfə hərbi müdaxilə etməsini şərtləndirən güclü əsaslar var.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05