!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu tarixdə molla rejimi çökəcək" - İranda baş verənlərə Azərbaycanın MÜNASİBƏTİ / ŞƏRH

!Reklam – Yazi

“İran inqilabı yetişir. Ehtimalıma görə, may-sentyabr ayları arası İranda inqilab baş tutacaq”.

Bunu İranda baş verən proseslər, Azərbaycan tərəfinin atdığı addımlar və gələcəkdə baş verməsi ehtimal olunan hadisələri şərh edən sabiq millət vəkili, politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, gələn ilin yay aylarında İran rejimi çökəcək:

“Azərbaycan bütün dövlətlərlə, əsas da qonşularla hüquqi müstəvidə münasibət qurmaqda maraqlıdır. Azərbaycan bütün qonşularının iqtisadi platformalarda xeyir görməsini məqsədəuyğun görür. Biz deyirik ki, qonşu dövlətlər qazansın, Xəzər dənizinin karbohidrogen ehtiyatı Avropa bazarına çıxsın.

Azərbaycan Rəşt-Astara yolunun çəkilməsi ilə bağlı yüngül şərtlərlə 500 milyon kredit verib, ancaq İran hələ də o yolu çəkmir.

İran Azərbaycanın iqtisadi qazanclı çağırışlarına və təkliflərinə müsbət reaksiya vermək əvəzinə, Araz çayı boyunca hərbi təlimlər keçirdi, təhdidlər yağdırdı.

Azərbaycan heç bir dövlətin daxili işinə qarışmayıb. İranda baş verən proseslər mədəni inqilab formasında başlayıb. İran-İraq müharibəsində daha çox Azərbaycan türkləri önə göndərilib və onlar qırılıb. Pişəvərinin, Mircəfər Bağırovun vaxtında sovet ordusu İrana girəndə orada Azərbaycan türkləri qırılıb. İran rejimi tərəfindən Azərbaycan türklərinə qarşı diskirminasiya siyasəti həyata keçirilir. İran mətbuatı türkləri aşağılamaqla məşğul olur. İranda Azərbaycan türkləri azlıq yox, çoxluqdur, onların hüquqları pozulur. Azərbaycan təbii ki, buna reaksiya verməlidir.

Azərbaycan hərbi müdaxilə etmək niyyətində deyil. Azərbaycan sadəcə İranın təhdidlərinə cavab verir. Həm Şuşa işğal ediləndə, həm Xocalı soyqırımı zamanı İranın dolayısı ilə fəaliyyəti olub. İran həmişə gizli şəkildə Azərbaycana qarşı işlər görüb.

İranda hazırda daha çox təşkilatlanmış və silahlanmış qrup kürdlərdir. İran onların yaşadığı bölgəyə ordu yeritdi. Azərbaycan türkləri dinc yolla mədəni muxtariyyətlərini istəyir. İranın daxili işinə qarışmırıq, ancaq soydaşlarımızın taleyinə də biganə qala bilmərik. İran rejimi islahatlara getmək istəmir. Bu da o deməkdir ki, İran inqilab ərəfəsindədir. Bunu istəyən dövlətlər var. Azərbaycan hər şeyə hazır olmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

497
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv