!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu tələbələr təhsil haqqından azad olunacaq – Ekspert AÇIQLADI

!Reklam – Yazi

“Azərbaycanın ərazi bütövlüyü, Konstitusiya quruluşu və torpaqların müdafiəsi zamanı həlak olmuş və itkin düşmüş şəxslərin övladları da qanunvericiliklə müəyyən olunmuş qaydada təhsil haqqından azad olunurlar…”.

Bunu Yenicag.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib.

Ekspert “Hansı hallarda ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələr ödənişdən azad olunur?” sualını cavablandırıb:

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna görə, hər iki valideynini itirmiş, valideynlərindən biri vəfat edən, digər valideyni valideynlik hüququndan məhrum edilmiş və ya valideynlərindən biri vəfat edib, digər valideyni I və II qrup əlil şəxslər, habelə bu kateqoriyadan olan digər şəxslər dövlət və özəl təhsil müəssisələrində təhsil alarkən təhsil haqlarından dövlət hesabına azad olunurlar.

“Şəhid adının əbədiləşdirilməsi haqqında” qanuna uyğun olaraq, şəhid ailəsinin üzvləri bakalavr və magistratura səviyyəsində, habelə AMEA-nın magistratura səviyyəsində təhsil alarkən dövlət hesabına təhsil haqqından azad olunurlar.

Azərbaycanın ərazi bütövlüyü, Konstitusiya quruluşu və torpaqların müdafiəsi zamanı həlak olmuş və itkin düşmüş şəxslərin övladları da qanunvericiliklə müəyyən olunmuş qaydada təhsil haqqından azad olunurlar.

Məcburi köçkünlər dövlət təhsil müəssisələrində təhsil alarkən Nazirlər Kabinetinin müəyyən etdiyi miqdarda təhsil haqqından azad edilirlər.

2019-cu ilin may ayının 3-də qəbul edilmiş Sərəncama əsasən, I və II qrup əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar da təhsil aldıqları müddətdə tam şəkildə təhsil haqqından azad olunurlar.

Prezidentin son sərəncamına əsasən, müharibə veteranlarının özləri də təhsil alarlarsa, ödənişli təhsildən azaddırlar.

Şəhid ailəsi üzvlərindən şəhidin atası, anası, qardaşı, bacısı, həyat yoldaşı, qızı və ya oğlu təhsil haqqından azaddır. Ailəli şəhid qardaşı, ailəli şəhid bacısı və ya onların həyat yoldaşları, övladları bu imtiyazdan yararlana bilməzlər”.

Ekspert həmin tələbələrə saslənib:

“Müvafiq olaraq bu imtiyazlara sahib olan şəxslər ilə sentybrın 5-dən 15-ə qədər  portal.edu.az saytı vasitəsi ilə qeydiyyatdan keçdikləri zaman bu imtiyazlarla bağlı müvafiq sənədləri təqdim etsinlər. O zaman ödənişsiz təhsil almaq hüququnu qazanmış olacaqlar”.

Cəvahir

www.yenicag.az

927
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv