!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu turizm şirkətləri cərimələnəcək

Yeni qaydalara əməl etməyən turizm şirkətləri cərimələnəcək.

Yenicag.az-ın məlumatına görə, bu barədə məsələ 2022-ci il yanvarın 1-dən qüvvəyə minən “Turizm haqqında” qanunda öz əksini tapıb.

Qanuna əsasən, sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.

Digər dəyişikliyə əsasən, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 13.2–13.4-cü maddələrinin tələbləri pozularaq, Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, Turizm Reyestrindəki məlumatların yenilənməməsinə və ya vaxtında yenilənməməsinə görə üç yüz manat məbləğində cərimə edilir. Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə iki yüz manat məbləğində cərimə tətbiq olunacaq.

www.yenicag.az

109
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100