“Bu Türkiyə üçün əlavə şansdır”

media-hightechnic-468x90

10267“Borçalı Cəmiyyəti” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli  açıqlamasında Türkiyənin İŞİD-ə qarşı mübarizəsini və bu mübarizənin mümkün nəticələrini şərh edib:

“Türkiyənin İraq əməliyyatında ABŞ-la müttəfiqlikdən imtina eləməsi tarixi yanlışlıqdır. Əgər zamanında Türkiyə ABŞ-la ortaq əməliyyatlara qatılsa idi Mosul və Kərkük üzərində nəzarəti ələ keçirməklə Şimali İraqda PKK hakimiyyətinin qurulmasını əngəlləyə bilər və dünya düzənində daha üstün yer tutardı. Təəssüf ki, bu uğursuz tarixdir. Kərkükdə türklərin zülmlərə məruz qalması da Türkiyənin vaxtı ilə apardığı yanlış siyasətin nəticəsidir. Türkiyənin İŞİD-ə qarşı və Suriya rejiminə qarşı koalisiyaya qoşulması fikrimcə Türkiyə üçün gec də olsa əlavə şanslar yaradacaq.
Bir şey unudulmamalıdır ki, Türkiyənin İsraillə Davosdan başlayan düşmənçiliyinə son verilməsə Türkiyə uduza və daha zəif düşə bilər.

Əgər Türkiyə bu vəziyyətdə ABŞ vasitəçiliyindən istifadə edərək İsraillə münasibəti tənzimləyə bilsə, Türkiyənin dünyanın yenidən bölüdürülməsində payı kifayət qədər olar ki, bu da birbaşa və ya dolayı formada türk dünyasının dünyada layiqli yer tutmasına şərait yaratmış olar”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600