Bu xəstəliklər pulsuz müalicə ediləcək - TAM SİYAHI

media-hightechnic-468x90

“Hazırda icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin sayı 2550-dir. Mütəmadi şəkildə xidmətlər zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi üzərində iş gedir və hər il ciddi dəyişikliklər nəzərdə tutulur”.

Yenicag.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

Agentlik rəsmisi bildirib ki, bu il üçün müvafiq qurumlara təqdim edilən xidmətlər zərfində mövcud olan tibbi xidmətlərin sayının artırılması planlaşdırılır: “Belə ki, zərfə 300-dən çox yeni tibbi xidmətlərin əlavə edilməsi gözlənilir. Yeni tibbi xidmətlərin əlavəsinə ehtiyac vətəndaşların müraciətləri əsasında formalaşır. Statistik analizlər əsasında xidmətlər zərfinə əlavə və ya çıxarılma müəyyənləşir”.

V.Qurbanov qeyd edib ki, xidmətlər zərfinə əlavə ediləcək yeni tibbi xidmətlərin siyahısına yüksək ölüm riski yaradan və əlilliyə səbəb ola biləcək bir çox xəstəliklər daxildir: “Hansı ki bundan əvvəl xidmətlər zərfində həmin xəstəliklər yer almamışdı”.

Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri ilə buradan tanış olmaq mümkündür.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600