Valideyn vicdanı neçə "like" edir? 3 yaşlı körpəni bu hala SALDILAR – FOTO

media-hightechnic-468x90

Çində “Peiqi” ləqəbi ilə tanınan 3 yaşlı qız uşağının valideynləri tərəfindən sosial şəbəkə üçün çəkilən “mukbanq” (kamera qarşısında böyük porsiyalarda yemək yemə) videolarında davamlı olaraq yüksək kalorili qidalar yeməyə sövq edilməsi böyük qalmaqala səbəb olub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, uşağın çəkisinin 33-35 kiloqrama çatması ictimaiyyətin kəskin etirazı ilə qarşılanıb.

media-anne-baba-demeye-bin-sahit-internet-akimi-yuzunden-3-yasinda-33-kiloya-ulasti-ulke-ay-1805569_202607271440_20260727144042_1

Olayın yenidən gündəmə gəlməsi ilə uşaqların sosial media reytinqləri uğrunda istismar edilməsi mövzusu geniş müzakirələrlə alovlanıb.

Ailənin Çinin “TikTok” analoqu olan “Douyin” platformasında paylaşdığı videolarda “3 yaşında 33 kiloqramlıq kök qız”“inanılmaz iştah” kimi başlıqlardan istifadə etdiyi bildirilir. Kadrlar boyunca kiçik qıza qızardılmış toyuq, həddindən artıq yağlı ət və digər yüksək kalorili qidalar yedizdirilib. Həmin videoların bəzilərinin 550 mindən çox baxış topladığı qeyd olunur.

Ayaq üstə çətinliklə duran və həmyaşıdlarının norma göstəricisi təxminən 15 kiloqram olduğu halda çəkisi 35 kiloqrama çatan balaca qızın acınacaqlı vəziyyəti sosial media istifadəçilərini qəzəbləndirib. Minlərlə istifadəçi valideynlərin uşağı daha çox baxış və rəy toplamaq naminə alətə çevirdiyini, bunun isə birbaşa uşaq istismarı olduğunu vurğulayıb.

Sərt tənqidlərlə üzləşən ailə özünə haqq qazandırmağa çalışaraq qızlarının anadangəlmə iri sümüklü olduğunu, onu məcburi yedizdirmədiklərini və videoları sadəcə gündəlik həyatlarını paylaşmaq məqsədilə çəkdiklərini iddia edib. “Mukbanq” videolarından ciddi gəlir əldə etmədiklərini bildirən valideynlər qazandıqları pulun heç yemək xərclərini belə ödəmədiyini öne sürüblər.

Lakin ictimaiyyətin kəskin təzyiqindən sonra sosial şəbəkə platforması ailənin hesabını dərhal bloklayaraq bağlayıb.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05