!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu yağlar xərçəngə YOL AÇIR - Ekspertdən XƏBƏRDARLIQ

!Reklam – Yazi
Bu gün Azərbaycanın market və mağazalarında insan həyatı üçün təhlükəli olan transgen yağlar satılır ki, bu məqam Ümumdünya Səhiyyə Təşkilatının hesabatında da yer alıb.
İnsan orqanizmi üçün zərərli olan və birbaşa xərçəng yaradan bu yağları necə tanıyaq?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Yenicag.az-a açıqlamasında Azərbaycanda da transgen yağların satıldığını təəssüf hissi ilə bildirib.
Ekspert marketlərdə satılan belə yağlarla bağlı xəbərdarlıq edib. O, istehlakçılara səslənərək, belə məhsullarla qarşılaşdıqları halda, dərhal əlaqədar qurumlara müraciət etmələrini tövsiyə edib:
“Bu yağlarla Qida Təhlükəsizliyi Agentliyi müəyyən mübarizə aparır. Onlar yağların tərkibində transyağların miqdarını müəyyən edən standart qəbul edib. O standart əsasında da nəzarət həyata keçirilir. Amma təəssüflər olsun ki, bu təhlükəli yağlar dünyanın bir çox ölkələrində, o cümlədən də Azərbaycanda mövcuddur. Əsasən dondurulmuş bitki yağlarında və marqarinlərdə bu cür maddələr aşkarlanır. Diqqətli olmaq lazımdır. Buradan istehlakçılar səslənirəm, şübhəli yağlarla qarşılaşdıqları halda dərhal əlaqədar qurumlara məlumat versinlər”.
Cəvahir

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv