Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Bu yanaşma ermənilərin müharibə istədiklərini göstərir” - İlham İsmayıl

Reklam: Sinerji Pro

“Onların həyasızlığına baxın ki, Dağlıq Qarabağın ətrafındakı rayonların qaytarılmasından da imtina edirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Eldar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında ötən gün Bratislavada keçirilmiş görüşün nəticələrini şərh edən keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl deyib.

Onun sözlərinə görə, Bratislava görüşü Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini boşaltmaq niyyətində olmadığını göstərdi:

“Elmar Məmmədyarov ortaya konkret mövqe qoyaraq bildirdi ki, münaqişə Azərbaycan ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və bunun başqa alternativi yoxdur.

Əvəzində isə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan İrəvanın yeddi bənddən ibarət mövqeyini açıqladı. Həmin bəndlərin hər biri erməni həyasızlığının ifadəsidir.

Ermənistan bildirir ki, münaqişə ancaq sülh yolu ilə həll olmalıdır, lakin beynəlxalq hüquqa görə millətlərin öz müqəddəratını həll etmək hüququ var və Dağlıq Qarabağ bu hüquqdan istifadə etməlidir. Açıq şəkildə bildirildi ki, Dağlıq Qarabağ erməniləri Azərbaycanın yurisdiksiyasına keçməyəcəklər. Onların həyasızlığına baxın ki, Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılmasından da imtina edirlər.

Yəni bununla Ermənistan özünün son sözünü demiş oldu. Azərbaycan da son sözünü demək üçün fəallığı artırmalıdır. Azərbaycan bildirməlidir ki, erməni tərəfi ilə danışıqlar aparmaq artıq mümkünsüz hala gəlib və biz torpaqlarımızı işğaldan azad etmək üçün hərəkətə keçəcəyik.

Bu mövqe ən azı sözdə bəyan edilməli və praktik davamı olmalıdır. Ermənistan nəinki Dağlıq Qarabağı, ətraf rayonları da geri qaytarmaq istəmir. Əvvəllər səsləndirilən 5+2 variantını da gündəlikdən çıxarıblar. Azərbaycanın tezliklə hərəkətə keçməməsi Ermənistanın bu mövqeyi ilə razılaşmaq kimi qəbul oluna bilər”.

Səxavət Məmməd

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

596
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM