“Tramp suyu bulandırır, Putin də...” – Vaşinqton və Moskva arasındakı GİZLİ DİALOQ

media-hightechnic-468x90

“Tramp suyu bulandırır, Putin də bulanıq suda balıq tutur”.

Bu sözləri Rusiya ilə Ukrayna arasında atəşkəsin əldə olunması üçün atılan addımlar, Putinlə Trampın gözlənilən telefon danışığını Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

O, bildirib ki, Putinlə Tramp arasında baş tutacaq telefon danışığından heç bir nəticə əldə olunmayacaq:

“Putinlə Tramp arasında telefon danışığı nəticəsiz olacaq. Putin istədiyini edir, Tramp isə bilərəkdənmi, yaxud bilməməzlikdənmi buna şərait yaradır. Tramp hakimiyyətə gəldikdən sonra dünyanın halı, xüsusilə hərbi anlamda daha da pisləşdi, ağırlaşdı. O isə hər hansı bir təşəbbüslə aranı sakitləşdirmək istəmədi. Tramp deyir ki, İstanbula getsəydi, Putin də gələcəkdi. O zaman sual yaranır: niyə getmədin? Getmək Trampın borcu idi. Müharibələrin qarşısını almaq hər bir dövlət adamının borcudur. Əksinə, xalqları müharibələrə sürükləmək ən böyük cinayətdir”.

Q. Hüseynlinin fikrincə, Tramp gələndən vəziyyət bir qədər də pisləşib:

“Suyu bulandırdı, Putin də bulanıq suda balıq tutur. Yarıcan Bayden bu işin öhdəsindən gəlirdi. Ancaq Tramp gələndən sonra dünyanı qatıb-qarışdırdı. Çin Rusiyaya kömək edir. Tramp deyirdi ki, Çini yerində oturtacaq, indi səsin də çıxarmır. Şimali Koreya Rusiyaya əsgər göndərir, avropalılar da deyirdi ki, Ukraynaya ordu göndərəcəklər, ancaq bunu etmədilər. Bədbəxt Ukrayna xalqının taleyi söz oyununa çevrildi. Putinə ultimatum veriblər ki, atəşkəsə getməsə, sanksiya tətbiq edəcəklər. İndiyə qədər edilən sanksiyalar nə nəticə verdi ki, bu da versin?! Bunun bir yolu var, onu da hamı bilir, ancaq etmək istəmirlər”.

Səxavət Məmməd

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600