Bu zavodun fəaliyyəti dayandırıldı, rəhbəri cərimələndi

media-hightechnic-468x90

Biləsuvar-Bəhrəmtəpə yolunun 3-cü kilometrliyində fəaliyyət göstərən asfalt-beton zavodundan atmosferə tullantı atılığı müəyyən olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı “45-li Yol İstismarı” MMC–yə məxsus zavoddakı təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən ətraf mühitə tullantı atıldığı məlum olub.

Faktla bağlı zavodun rəisi Qədir Əskərov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə edilib.

Çatışmazlıqların aradan qaldırılması üçün Q.Əskərova məcburi göstəriş verilib və nöqsanlar aradan qaldırılanadək zavodun fəaliyyəti dayandırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600