Büdcə vəsaitinin istifadəsi ilə bağlı YENİ TƏKLİF

media-hightechnic-468x90

Azərbaycanda büdcə vəsaitinin dövlət qiymətli kağızlarına yönəldilməsinin qarşısının alınması ilə bağlı müvafiq iş aparılır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Maliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, bununla bağlı təkliflər hazırlanır və nəticə barədə məlumat veriləcək.

Xatırladaq ki, mayın 23-də maliyyə naziri Samir Şərifov Milli Məclisdə “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, Azərbaycanda dövlət büdcəsindən ayrılan vəsaitin hesablarda qalmasına birmənalı yanaşmaq olmaz. Onun sözlərinə görə, dövlətə məxsus publik hüquqi şəxslərin və ya fondların büdcədən vəsaiti alıb, onu dövlət qiymətli kağızlarına yönəltməsi düzgün hesab oluna bilməz.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600