Büdcəsi Azərbaycan büdcəsindən böyük olan universitetlər

media-hightechnic-468x90

xarvardVacib deyil bu Harvard, Stenford yaxud Prinstondu. Amerika universitetləri getdikcə daha varlı olur. Hətta dövlət ali məktəblərinin hesabında miylardlarla vəsait var. Ancaq maliyyə böhranının nəticələri təhsil müəssisələrindən də yan keçmədi. 

İki il əvvəl maddi zərərə düşən Amerika universitetlərinin fondları ötən ildən yenidən artmağa başlayıb. 2012-ci ildə 0,3 faiz itkidən sonra ötən il 11,7 faizlik artım müşahidə olunub. Şübhəsiz ki, ən varlı universitet Harvarddır. Bu universitetin fondu 32,3 milyard dollar təşkil edir. İkinci yerdə 20,7 milyard dollarla Yels universiteti qərarlaşıb. Bu rəqəmlər NACUBO-nun araşdırmasındə yer alıb.
Universitetlərin fondlarının artımı Amerika birjasında ümumi inkişafı əks etdirir. Təhsil ocaqları maliyyə bazarlarının müxtəlif alətlərindən istifadə edir. Şirkətlərin fəaliyyətində iştirak edir, daşınmaz əmlak, hətta su və ağac alveri ilə məşğul olur. Ötən ilki artıma baxmayaraq universitetlər maliyyə böhranının gətirdiyi itkilərin yerini tam doldurmayıb. O zaman bir çox ali məktəblər milyardlarla itkilərə məruz qaldı. Məsələn, Harvard hələ 2008-ci il səviyyəsinə çata bilməyib. Həmiş ildə universitetin hesabında 37 milyard dollar vəsait var idi.
Maraqlıdır ki, ən varlı universitetlərin siyahısına təkcə özəl elit universitetlər daxil deyil. İlk onluqda üç dövlət universitet idə yer alıb. Onlardan ikisi Texasdandı. Texas universiteti 20,4 milyard dollarla üçüncü yer tutub və demək olar Yels universitetinə çatıb. Texasın A&M universiteti 8,7 milyard dollrla yeddinci yeri tutub. Onun ardınca 8,3 milyard dollarla Enn-Arboredəki Miçiqan universiteti qərarlaşıb. İlk onluqda digər özəl universitetlərindən Stenford, Prinston, MIT, Nyu-Yorkdakı Kolumbiya universitet idə yer alıb. Berklinin də aid olduğu Kaliforniya universiteti 6,3 milyard dollarla 14-cü yerdədir.
Kasıblarla varlılar arasında fərq artır 
Araşdırmalar göstərir ki, ABŞ-ın kasıb və varlı universitetlər arasında fərq artır. 83 universitet və kollecin fondunun həcmi bir milyarddan artıq olduğu bir vaxtda 800-dən artıq ali məktəbin vəsaiti xeyli azdır. Bəzi kiçik kolleclər yalnız bir neçə milyon dollara sahibdir.
Universitetlər öz fəaliyyətlərinə yalnız müəyyən faizləri yönəldir. Hər il universitet büdcəsinə gedən vəsaitlərin həcmi ilk baxışda görünəndən xeyli azdır. Ali məktəblər universitet xərclərinə orta hesabla fondlarının 4,4 faizini yönəldir. Varlı və kasıb ali məktəblərin marjası ciddi fərqlənmir. Məsələn, Amerikanın bir milyard dollar fonda sahib olan universiteti cari əməliyyatlara 44 milyon dollar vəsait yönəldir. Bu da Almaniyanın ən böyük ali məktəbinin illik büdcəsinin beş ya da altı da bir hissəsidir.
Universitetlərin əksəriyyəti əlavə maliyyə mənbələrinə müraciət edir. Hətta Amerikanın ən varlı universitetləri də əlavə maliyyə mənbələrinə üz tutmalı olur. Harvardın büdcəsinin yalnız üçdə bir hissəsi öz vəsaitləri hesabına formalaşır. Digər vəsaitlər tələbə təqaüdləri və dövlətin maliyyələşdirdiyi tədqiqat proqramlarından daxil olur. Digər universitetlərin böyük hissəsi (təxminən 86 faiz) daha çox əlavə maliyyələşməyə ehtiyac duyur. Ona görə də universitetlərin böyüyən fondları bir faktı gizlədə bilmir ki, dövlət maliyyələşməsi azalmaqda davam edir. bunu isə kompensasiya etmək elə də asan deyil. azadliq.info
media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600