Bugünki fərmanla Zaur Mikayılovun səlahiyyətləri artırılıb

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 17 noyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edib.

Yenicag.az xəbər verir ki, dövlət başçısının bununla bağlı yeni fərmanına görə, Agentliyin sədri Zaur Mikayılovun səlahiyyətləri artırılıb.

Fərmana əsasən, bundan sonra Agentliyin sədri ( Zaur Mikayılov) dövlət büdcəsindən ayrılan və büdcədənkənar vəsaitlərlə yanaşı, qurumun strukturuna daxil olmayan tabeliyindəki qurumların gördüyü işlərdən (göstərdiyi xidmətlərdən) əldə olunan gəlirlərin də sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürə, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla Agentlik işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edə bilər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa