!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bukmekerlər Trampın prezident postundan vaxtından əvvəl gedəcəyini dedilər

!Reklam – Yazi

Britaniyalı bukmeykerlər ABŞ prezidenti Donald Trampın postda dörd il keçirəcəyinə getdikcə daha az inanırlar, onun impiçment, istefa və ya digər səbəblərdən nəticəsində postdan vaxtından tez gedəcəyinə dair iddialar son üç ayda iki dəfə artıb.

Bu barədə MarketWatch yazır.

Belə ki, D.Trampın qələbəsindən dərhal sonra onun Ağ evi 2021-ci ilin yanvar ayına qədər tərk edəcəyinə dair şansı Ladbrokes şirkəti tərəfindən 25% (3/1) dəyərləndirir. Bu həftə isə iddialar 47,6%-ə (11/10). qədər artıb.

“İş tələb və təklifdədir: müştərilər bu variantı dəstəkləyirlər və biz iddiaları azaltmalı olduq”, – Ladbrokes nümayəndəsi Cessika Bridj bildirib.

Bununla yanaşı digər bukmeker şirkəti Paddy Power amerikalı prezidentin vaxtından öncə postdan gedəcəyinə dair şansını təxminən 35% çərçivəsində, impiçment ehtimalını isə 20% qiymətləndirir. William Hill isə hesab edir ki, D.Trampın birinci müddət ərzində impiçment ehtimalı 33%-dən ibarətdir.

Yeniçağ.Az

www.yenicag.az

563
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv