2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli (tapşırıqların sayı) açıqlanıb.
Yenicag.az Dövlət İmtahan Mərkəzinə istinadən məlumat verir ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli aşağıdakı kimidir:
Buraxılış imtahanı (9 illik təhsil bazasında)
I mərhələ (imtahan müddəti – 3 saat)
Fənnin adı | Maksimal bal | Tapşırıqların sayı | |
1. | Tədris dili (Azərbaycan dili, rus dili) |
30 | 2 mətn (bədii, publisistik) hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı ). Cəmi: 20 tapşırıq |
2. | Riyaziyyat | 30 | 10 açıq tapşırıq (həllin yazılması tələb olunan) Cəmi:10 tapşırıq |
3. | Xarici dillər (ingilis,alman, fransız,rus,ərəb, fars dilləri) | 30 | 1.Dinləmə mətninə dair (publisistik və ya dialoq) 6 tapşırıq (4 qapalı+2 yazı tələb olunan açıq ); 2.Oxuyub-anlama mətninə dair 9 tapşırıq (5 qapalı+4 yazı tələb olunan açıq ). Cəmi:15 tapşırıq |
II mərhələ (imtahan müddəti – 2 saat 15 dəqiqə)
Fənnin adı | Maksimal bal |
Tapşırıqların sayı |
|
1. | Tədris dili (Azərbaycan dili, rus dili) | 70 | 30 qapalı |
2. | Riyaziyyat | 70 | 30 qapalı |
3. | Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri) | 70 | 30 qapalı |
Buraxılış imtahanı (11 illik təhsil bazasında)
İmtahan 1 mərhələdə keçirilir (imtahan müddəti – 3 saat)
Fənnin adı | Maksimal bal |
Tapşırıqların sayı | |
1. | Tədris dili (Azərbaycan dili, rus dili) | 100 | Oxuyub anlamaya dair 2 mətn (bədii, publisistik), hər mətnə aid 10 tapşırıq ( 5 yazı tələb olunan açıq + 5 qapalı ) və dil qaydalarına dair 10 qapalı tapşırıq. Cəmi: 30 tapşırıq |
2. | Riyaziyyat | 100 | 7 həllin yazılması tələb olunan açıq tapşırıq+5 açıq tapşırıq+13 qapalı tapşırıq. Cəmi: 25 tapşırıq |
3. | Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri) | 100 | 1.Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq); 2.Oxuyub-anlama mətninə dair 8 tapşırıq (4 qapalı+4 yazı tələb olunan açıq) ; 3.Dil qaydalarına dair 16 qapalı tapşırıq. Cəmi:30 tapşırıq |
Maksimal bal: 300
Qəbul imtahanı (imtahan müddəti 3 saat)
I qrup | II qrup | III qrup | IV qrup |
Riyaziyyat – 30 tapşırıq (22 qapalı + 5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq). Çəki əmsalı: 1,5 |
Riyaziyyat – 30 tapşırıq (22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq). Çəki əmsalı: 1,5 |
Azərbaycan (rus) dili – 30 tapşırıq (22-qapalı+5 açıq + mətn əsasında yazılması tələb olunan 3 tapşırıq). Çəki əmsalı: 1,5 |
Biologiya – 30 tapşırıq (22 qapalı +5 açıq +situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq). Çəki əmsalı: 1,5 |
Fizika – 30 tapşırıq (22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq) Çəki əmsalı: 1,5 |
Coğrafiya – 30 tapşırıq (22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq) Çəki əmsalı: 1,5 |
Tarix-30 tapşırıq (22-qapalı+5 açıq + mənbə əsasında yazılması tələb olunan 3 tapşırıq) Çəki əmsalı: 1,5 |
Kimya – 30 tapşırıq (22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq) Çəki əmsalı: 1,5 |
Kimya – 30 tapşırıq (22 qapalı + 5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq) Çəki əmsalı: 1 |
Tarix – 30 tapşırıq (22 qapalı+5 açıq +mənbə əsasında yazılması tələb olunan 3 tapşırıq). Çəki əmsalı: 1 |
Ədəbiyyat – 30 tapşırıq (22 qapalı+5 açıq + mənbə əsasında yazılması tələb olunan 3 tapşırıq) Çəki əmsalı: 1 |
Fizika – 30 tapşırıq (22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq) Çəki əmsalı: 1 |
Maksimal bal: 400
Qeyd 1. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.
Qeyd 2: Tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın müddəti 45 dəqiqədir.
Qeyd 3: Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.