Burkina-Fasoda çevriliş: Prezident ölkəni tərk etdi - FOTO

media-hightechnic-468x90

Sentyabrın 30-da üsyançı hərbi qüvvələr tərəfindən hakimiyyətdən uzaqlaşdırılan Burkina-Faso Prezidenti, polkovnik-leytenant Pol-Anri Sandaoqo Damiba bazar günü dövlət başçısı vəzifəsindən istefa verməyə razılaşıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “Radio Frans” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, Damiba qiyamçıların istefa tələbi ilə razılaşıb. Məlumata görə, Damiba oktyabrın 2-də Burkina-Fasonu tərk edərək qonşu ölkə Toqoya yollanıb.

Bildirilib ki, Damiba ilə qiyamçılar arasında aparılan danışıqlarda iştirak edən Toqo Prezidenti For Qnassinqbe Burkina-Fasonun keçmiş prezidentinin gəlişinə razılıq verib.

Hazırda kapitan İbrahim Traore Burkin Fasonun yeni lideri sayılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05