!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bütün istiqamətlərdə düşmənin müqaviməti sındırılıb” – Səxavət Məmməd cəbhədən xəbər verir

!Reklam – Yazi

“Düşmənin fəallaşmaq cəhdlərinin qarşısı alınıb və ermənilər yenə böyük itki verərək, geri çəkiliblər”.

Bunu döyüş bölgəsində oktyabrın 30-u saat 12:00-a qədər olan vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib.

Səxavət Məmmədin məlumatına görə, bütün cəbhəboyu mövqelərdə üstünlük Azərbaycan ordusunun tərəfindədir:

“Yaşayış məntəqələrimizi hədəfə alan düşmən dünən axşam Ağdam və Tərtər istiqamətində yerləşən kəndlərimizi intensiv atəşə tutdu. Dünən Ağdərə istiqamətində də döyüşlər davam edib və düşmən xeyli texnika və canlı qüvvəsi itirib. Müxtəlif mövqelərdə yerləşdirilən erməni əsgərlərinin bir hissəsi döyüş meydanından qaçıb.

Düşmən bu gün 05:30-dan başlayaraq, Ağdam istiqamətində yenidən fəallaşmağa cəhd göstərib. Lakin düşmənin bu cəhdinin də qarşısı alınıb və ermənilər yenə böyük itki verərək, geri çəkiliblər.

Buna baxmayaraq, ermənilər saat 09:00-da Ağdam istiqamətində yenidən hərəkətləndiyi müşahidə olunub və qabaqlayıcı tədbirlər nəticəsində düşmən geri oturdulub.

Cəbhənin cənub istiqamətində təşəbbüs tam olaraq Ordumuzun əlindədir. Bölmələrimiz uğurlu döyüş əməliyyatlarını davam etdirirlər. Bunun nəticəsində düşmənin Qubadlı istiqamətində hər hansı təhlükə yaratmaq imkanı qalmayıb.

Hazırda artilleriya zərbələrinin müşayiəti ilə döyüşlər davam edir”.

Gülşən Şərif

www.yenicag.az

1746
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv