Buzovnada külək aşıran dirək TƏHLÜKƏ SAÇIR
Buzovnada güclü külək “Aztelekom”a məxsus dirəyi aşırıb.
Yenicag.az xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsini Ağa Neymətulla küçəsində baş verib.
Belə ki, sosial mediada dərc olunan paylaşımda bildirilib ki, yaşayış ərazisində gecə saat təxminən 03:00 radələrində Aztelekoma məxsus telefon dirəyi güclü külək nəticəsində aşıb.
Hadisə barədə səhər saatlarından “Aztelekom”un müvafiq xidmətinə məlumat verilsə də heç bir tədbir görülməyib.
Dirək həm piyadalar, həm də nəqliyyat vasitələri üçün təhlükə yaradır, eyni zamanda ərazidəki qaz xəttinin üzərinə düşmüş vəziyyətdədir.
Yenicag.az məsələni diqqətdə saxlayacaq.












