!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cahangir Əsgərovdan ƏCAİB “TƏMİZLİK”: “Təhlükəsizlik İdarəsi AZAL-ın ən normal işləyən strukturu idi”

!Reklam – Yazi

“Bəlkə qovulanlara demək istəyir ki, qüsurları niyə yaxşı ört-basdır edə bilməmisiniz”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sədri Cahangir Əsgərovun qurumun Təhlükəsizlik İdarəsinin rəhbər heyətini vəzifədən azad etməsinə münasibət bildirən iqtisadçı Əkrəm Həsənov deyib.

Prezident İlham Əliyev bir neçə gün əvvəl keçirdiyi müşavirədə bəzi dövlət şirkətləri ilə yanaşı, AZAL-ın da fəaliyyətini sərt tənqid etmişdi. Dövlət başçısının tənqidindən “nəticə çıxaran” Cahangir Əsgərov isə ilk iş olaraq, şirkətin Təhlükəsizlik İdarəsinin rəhbər heyətini işdən çıxarıb.

AZAL-da aparılan bu “təmizlik əməliyyatı”nı Yenicag.az-a dəyərləndirən Əkrəm Həsənovun fikrincə, Cahangir Əsgərovun verdiyi qərar heç də məntiqli deyil və bu addım şirkətin fəaliyyətində səmərəliliyi artırmayacaq.

Əkrəm Həsənov qeyd edib ki, AZAL-ın problemləri şirkətin Təhlükəsizlik İdarəsində yox, iqtisadi strukturlarındadır:

“Açığı, məhz bu İdarənin əməkdaşlarının qovulmasını tam başa düşmək olmur. AZAL səmərəsiz fəaliyyət göstərirsə, Təhlükəsizlik İdarəsinin nə təqsiri var? Məgər problem uçuşların təhlükəsizliyindədir?

Əksinə, AZAL dünyanın ən təhlükəsiz və etibarlı aviaşirkətlərindən biridir. Problem səmərəlikdədir. Bunun təqsiri isə daha çox şirkətin iqtisadi qurumlarındadır.

Cahangir Əsgərovun bu addımını yalnız bir əcaib səbəblə izah etmək olar. Bəlkə qovulanlara demək istəyir ki, qüsurları niyə yaxşı ört-basdır edə bilməmisiniz? Təbii, bu yolla effektivliyə nail olmaq mümkün deyil”.

Gülşən Şərif

www.yenicag.az

3445
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv