Canavar kəndə hücum edib-Masallıda

media-hightechnic-468x90

a8b6475981603c12df52fd26c5880ce3Masallı rayonunda canavar kəndə hücum edib.

Hadisə bu gün günorta saatlarında rayonun Köhnə Alvadı kəndində qeydə alınıb.

Vəhşi heyvan kənd sakini Məhərrəm Məhərrəmovun yaşadığı evin həyətyanı sahəsinə girib. Canavarı görən ev sahibi qonşularını köməyə çağırıb. Kənd sakinləri vəhşini toyuq hininə salıb tutublar.

Hadisə barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi İdarəsinə və rayon Baytarlıq İdarəsinə məlumat verilib. Aidiyyəti orqanların əməkdaşları kəndə gələrək canavarı təhvil alıblar.

Daha sonra canavar meşəyə buraxılıb.

Yerli sakinlərin sözlərinə görə, indiyədək kənd yaxınlığında canavara rast gəlinməyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa