Canlı yayımda müxbiri qarət etdilər-Video, Foto
Qohannesburqda SABC tekeşirkətinin jurmalisti Vuyo Mvokonu canlı yayıma çıxmasına saniyələr qalmış qarət ediblər. Yenicag.az musavat-a istinadən xəbər verir ki, məlumatı ABC News yayıb. İnsident teleşirkətin kamerası tərəfindən qeydə alınıb.
SABC şirkətindən bildirilib ki, cinayətkarlar çəkiliş qrupundan mobil telefonları, portativ kompüterləri və yayım avadanlığını tələb ediblər.
Çəkiliş qrupunda iştirak edən digər müxbir Kriselda Lüis və redaktor Sofi Moken hadisədən sonra Twitter-də yazıblar. “Siz bu adamları tanıyırsınızmı? Onlar tapança lüləsi altında bizi qarət etdilər. Qışqırırdılar ki, “bu itləri” öldürün”, – Lüis Twitter-də yazıb.