Aviaşirkətlər Venesuelaya uçuşları ləğv edirlər

media-hightechnic-468x90

ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi Venesuelaya mülki aviasiya uçuşları üçün təhlükə elan etdikdən sonra altı beynəlxalq aviaşirkət bu ölkəyə öz uçuşlarını ləğv edib.

Yenicag.Az “CTV News”a istinadən xəbər verir ki, bu barədə məlumat Venesuela Aviaşirkətləri Assosiasiyasının prezidenti Marisela de Loaysanın açıqlamasında yer alıb.

Onun sözlərinə görə, İspaniyanın “Iberia”, Portuqaliyanın TAP, Çilinin LATAM, Kolumbiyanın “Avianca”, Braziliyanın GOL, habelə Trinidad və Tobaqonun “Caribbean Airlines” aviaşirkətləri uçuşların dayandırıldığını elan ediblər.

Eyni zamanda, Panamanın “Copa Airlines”, İspaniyanın “Air Europa” və “Plus Ultra”, Türkiyənin “Türk Hava Yolları” və Venesuelanın LASER aviaşirkətləri Venesuelaya uçuşları davam etdirirlər.

Xatırladaq ki, daha əvvəl Pentaqonun rəhbəri Pit Heqset Qərb yarımkürəsində narkoterrorçulara qarşı hərbi əməliyyatın başladığını elan etmişdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa