!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Çarəsiz qaldığımız üçün Prezident Aparatına gedəcəyik" - İş adamı meriyanı da "saymadı"

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, dünən Bakı şəhəri, Səməd Vurğun küçəsi ev 138, 140 ünvanında yerləşən binanın sakinləri Nərimanov Rayon İcra Hakimiyyətinin önündə aksiya keçirib.

Yenicag.az xəbər verir ki, aksiya keçirilməsinin əsas səbəbi isə sakinlərin yaşadığı binanı inşa edən “MARS MTK” şirkətinin komunal xidmətləri göstərmək üçün müqavilə bağladığı “Xəzər – Servis” MMC-nin su və lifti kəsməsi olub.

Sakinləri yaratdığı əngəllərə görə boğaza yığan Rəhim Sultanov nəhayət üzə çıxıb. Bu gün narazı sakinlərlə birlikdə iş adamının da iştirakı ilə Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasında görüş olub. Onları Aparatın rəhbəri Rasim Quliyev qəbul edib.

Görüşdən sonra saytımıza açıqlama verən Rəhim Sultanov sakinlərin iddiasını qəbul etmədiyini bildirib: “Dünən etiraz edən sakinlərin bir qismi bu gün gəlməyiblər. Çünki onların çoxu borclu olan adamlardır. Bu formada etiraz etməklə borclarının silinməsinə nail olmağa çalışırlar. Bina sakinləri qurum yaratmaq istəyirlər. Məndə olan məlumata görə, 10 gün əvvəl həmin qurumun qeydiyyata alınması üçün Ədliyə Nazirliyinə müraciət ediblər. Mən bunu alqışlayıram. Biz təhvil-təslimə hazırıq. Bundan sonra öz işlərini özləri idarə etsinlər. Bu adamların deməyi odur ki, bizi komunal xidmətlərlə təmin edin, amma biz pul verməyək”.

Sakinlərin vəkilliyini edən və eyni zamanda problemli binada yaşayan Vüsalə Muradova da saytımıza açıqlama verib. O, hələ də mövcud problemin həll olunmadığını qeyd edib:

“Rəhim müəllim görüşə gəldi. Amma yenə də iddiaları əsassızdır. Müqaviləmiz yoxdursa, bu şirkət bizə necə xidmət göstərib? Liftlərdə qeyri-qanuni olaraq kart sistemi quraşdırıb. Bu gün susuz qalmışıq. İcra hakimiyyətində də çıxışı zamanı bildirdi ki, təzyiqlərini davam etdirəcək. Onun bizə qarşı uydurma iddiaları çoxdur. Əfsuslar olsun ki, bütün qurumlar bizi məhkəməyə göndərirlər. Mən də bilirəm ki, mübahisəli məsələlər məhkəmədə həll olunmalıdır. Amma ona kimi biz susuz qalmalı deyilik axı. İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyev də öz səlahiyyəti çərçivəsində xahiş etdi ki, suyu açsın. Amma yenə də problemin həll olunacağı inandırıcı deyil. Çünki o, dünən Nərimanov rayon icra hakimiyyətinin rəsmilərinin də xahişini yerə salıb. Yəqin ki, çarəsiz qaldığımız üçün Prezident Aparatına gedəcəyik”.

Emin Səfərov

Cəmalə Əlizadə

Yenicag.az

COP29

www.yenicag.az

1477
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv