!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

CASCFEN seminarlar silsiəsini Bakıda tamamladı - Fotolar

!Reklam – Yazi

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Təhsil işçilərinin media ilə əlaqələrinin optimallaşdırılması” layihəsi çərçivəsində sonuncu seminarını Bakıda keçirib.

Yenicag.Az xəbər verir ki, tədbir Beynəlxalq Avrasiya Mətbuat Fondunda baş tutub. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilmiş seminara 40 nəfər müəllim və jurnalist qatılıb.

Verdiyi dəstəyə görə hər iki quruma təşəkkür edən CASCFEN sədri Azər Həsrət bildirib ki, dövlətin vətəndaş maarifləndirilməsinə belə dəstəyi olduqca faydalıdır.

Daha sonra mövzu ətrafında fikirlərini çatdıran sədr deyib ki, Azərbaycanda bir sıra şəxslər mediadan sui-istifadə edir.

“Belə adamların çoxu, təəssüflər olsun ki, daha çox təhsil müəssisələrini, məktəbləri narahat edir. Onlar media etikasından xəbərsiz insanlardır. Bir qayda olaraq məktəblərə gedir, uşaqları aldadaraq danışdırır, sonra da aldıqları müsahibələrdən məktəb rəhbərlərini şantaj üçün istifadə edirlər”, – deyə CASCFEN sədri bildirib.

Bundan sonra çıxış edən ekspert, “Space” TV-nin redaktoru, CASCFEN İdarə Heyətinin üzvü, Əməkdar Jurnalist Dr. Nüşabə Hüseynli məktəb işçilərinin media ilə münasibətlərinin daha optimal şəkildə qurulması yollarını izah edib.

“Ən önəmlisi odur ki, siz jurnalistlərdən çəkinməməlisiniz. Əksinə, onlarla təmasa həvəs göstərməli, sizə ünvanlanan suallarına cavab verməlisiniz. Təbii ki, belə təmaslar yalnız qanun və jurnalist etikası çərçivəsində olmalıdır. Belə olmazsa özünü jurnalist kimi təqdim edən şəxslə ünsiyyətdən imtina edə bilərsiniz”, – deyə Nüşabə Hüseynli bildirib.

Nüşabə Hüseynli onu da əlavə edib ki, mediadan sui-istifadə edənləri müəyyən etmək üçün Mətbuat Şurasına da müraciət etmək olar.

Fikri davam etdirən Azər Həsrət qeyd edib ki, bunun üçün Mətbuat Şurasının internet saytındakı “qara siyahı”ya baxmaq yetərlidir: “Əgər görsəniz ki, sizə müraciət edən “jurnalist”in təmsil etdiyi media qurumunun adı həmin siyahıdadır, sorğu-sualsız həmin şəxslə ünsiyyətdən imtina edə bilərsiniz”.

İştirakçıların fəallığı ilə müşayiət edilən seminarın sonunda setifikatlar təqdim edilib, qrup şəkli çəkdirilib.
Əlavə edək ki, bu seminar layihə çərçivəsində təşkil edilmiş seminarlardan sonuncusudur. Buna qədər Bakı, Kürdəmir, Saatlı və Xaçmazda da bənzər seminarlar təşkil edilib. Ümumilikdə seminlarlara 130-dan çox iştirakçı qatılıb.

Yenicag.Az

www.yenicag.az

1063
Ads
www.veteninfo.com
!Reklam – Arxiv