Reklam: High Technic
hightechnic

Cavid Hüseynovun məhkəməsinin tarixi məlum oldu

Reklam: Sinerji Pro

images“Qəbələ” futbol klubun hazırda həbsdə olan futboçusu Cavid Hüseynovun apelyasiya şikayətinə baxılacaq.

C.Hüseynovun vəkili Adəm Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Səbayıl Rayon Məhkəməsinin C.Hüseynov haqda həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinin təmin olunmaması barədə qərarından apelyasiya şikayəti verilib: “Avqutun 31-də Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçiriləcək iclasda vəsatətə baxılacaq”.

Qeyd edək ki, Cavid Hüseynovun jurnalist Rasim Əliyevin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 307-ci (Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsi ilə təqsirləndirib və Səbayıl Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

www.yenicag.az

72