“CDC Klinik”də işçilərin hüququ POZULUR? – ŞİKAYƏT

media-hightechnic-468x90

Xüsusi uşaqlar üçün psixoloji terapiya və reabilitasiya xidmətləri göstərən “CDC Klinik”də əmək hüquqlarının pozulması ilə bağlı iddialar irəli sürülüb.

Yenicag.az xəbər verir ki, klinikada çalışan bir neçə əməkdaş əməkhaqqının ödənilmədiyini, bəzilərinin isə əmək müqaviləsi olmadan qanunsuz şəkildə işə cəlb edildiyini bildirir.

Müalicəvi bədən tərbiyəsi üzrə mütəxəssis İsmət Əkbərov bildirib ki, uzun müddətdir əməkhaqqısını ala bilmir:

“CDC Klinikada çalışıram, lakin rəhbərlik – Ümidə Rəhimova (Kəngərlidən) maaşımı ödəməkdən imtina edir. Hər dəfə müxtəlif bəhanələr gətirilir, rəsmi izah verilmir. Artıq bu proses məqsədli şəkildə uzadılır”.

Digər əməkdaş Cavid Orucov isə bildirib ki, o, əmək müqaviləsi ilə çalışdığı halda, işdən azad olunub və son iki aylıq əməkhaqqısı hələ də ödənilməyib:

“Əmək müqaviləsi ilə işləmişəm. Əmrimə xitam verilib, amma maaşımı ala bilmirəm. Tək mən deyiləm, klinikada bir neçə əməkdaş bu problemlə üzləşib. Elə şəxslər var ki, əmək müqaviləsi olmadan işlədiliblər. Bu, açıq şəkildə qanun pozuntusudur”.

İddialara görə, klinikada əmək hüquqlarının pozulması halları sistematik xarakter daşıyır və rəhbərlik tərəfindən bu şikayətlərə reaksiya verilmir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsi olmadan işçi çalışdırmaq və əməkhaqqının ödənilməməsi ciddi qanun pozuntusudur və bu hallar inzibati və ya cinayət məsuliyyəti yarada bilər.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışırıq.

***

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı “CDC Klinik”in rəhbəri Umudə Kəngərli ilə əlaqə saxladıq.

Klinika rəhbəri barəsində səslənən iddiaların əsassız olduğunu dilə gətirib.

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa