Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Cəbhə bölgəsində smartfondan istifadə etmək olmaz - Deputat

Hərbi qulluqçular bütün məsələlərdə ayıq-sayıq olmalıdırlar.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, professor Rüfət Quliyev deyib.

Deputatın sözlərinə görə, informasiya təhlükəsizliyi baxımından, hərbçinin xidməti ərazidə smartfon telefon istifadə etməsi düzgün deyil:

“Müharibə vəziyyətində olan bir dövlət kimi, daha diqqətli olmalıyıq. Çünki düşmən müxtəlif vasitələrlə bizdə olan vacib məlumatı əldə etməyə çalışır. Buna imkan yaratmaq olmaz”.

R.Quliyevin sözlərinə görə, dövlətin ərazi təhlükəsizliyini təmin edən hərbi qulluqçular bütün məsələlərdə ayıq-sayıq olmalıdırlar:

“Hərbi qulluqçulara ailə üzvləri, tanışları, yaxınları ilə əlaqə saxlamağa sadə telefonlarla şərait yaratmaq lazımdır. Bu şərait təmin olunduğu halda, hərbçinin smartfondan istifadə etməsinə ehtiyac qalmır. Ümumiyyətlə, cəbhə bölgəsində smartfonlardan istifadə etmək olmaz”.

Loading...

www.yenicag.az

369
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100