!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəbhədə gərginliyin ARTMA SƏBƏBİ - Qazaxıstan hadisələrinin MÜMKÜN TƏSİRLƏRİ

!Reklam – Yazi

“Sülhməramlıların mandatının bitməsinə yaxınlaşdıqca Qarabağda gərginlik daha da artacaq. Atəşkəs pozuntularının sayı çoxalacaq”.

Bu fikri Kəlbəcər və Tovuz istiqamətində erməni tərəfinin atəşkəsi pozması, bunun arxasında yatan səbəbləri şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, Qazaxıstanda baş verən hadisələrdən sonra erməni tərəfi iştahlanıb:

“Kəlbəcərdə sonuncu gərginlik zamanı bir əsgərimiz şəhid oldu, erməni mətbuatına inansaq 3 erməni əsgəri məhv edilib. Düşünürəm ki, o rəqəm 3 yox, daha çoxdur. Çünki erməni tərəfinin 2 postu darmadağın edilib. Baş verən gərginliyə Qazaxıstanda baş verən hadisələr öz təsirini göstərib. Ruslar KTMT-ni Qazaxıstana aparması xırda dövlətlərə mesaj idi ki, bizim təşkilatımız var. Lukaşenkonun Özbəkistana mesaj verməyinin arxasında da Rusiyanın əli var. Bir neçə ay əvvəl bildirmişdim ki, erməni tərəfi diqqəti yayındırmaq üçün başqa-başqa yerlərdə atəşkəsi pozurlar. Hətta təkcə Qarabağda yox, Qazax və Tovuz istiqamətində də bu yola əl atacaqlar. Düşünürəm ki, atəşkəsin pozulmasında, gərginliyin davam etməsində ermənilərdən çox Rusiyanın əli var. 10 noyabr bəyanatından sonra Azərbaycan ərazisində yerləşən sülhməramlılar mütləq formada öz vəzifələrini yerinə yetirməli, erməni silahlılarını oradan çıxarmalı idilər.

Türkiyə-Azərbaycan arasında Şuşa sazişinin imzalanmasının Azərbaycan üçün çox böyük bir önəmi var. Türkiyə Azərbaycan üçün qarantdır. Azərbaycana hansısa bir dövlət müdaxilə edərsə, Türkiyə dərhal müdaxilə etməlidir. Bu Rusiyaya da bir mesajdır. Axırıncı gərginliyin artmasında Rusiyanın oyunu göz qabağındadır”.

Səxavət Məmməd

www.yenicag.az

722
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv