Cəbhədə təxribat: erməni vandalizmi – Video

media-hightechnic-468x90

4c3a309a-0c63-410a-89cd-edb2ae0ff6e7Ötən gün cəbhə bölgəsinə səfər edən yerli və xarici media qurumlarını təmsil edən jurnalistlər Ağcabədi rayonunda da olub. Media nümayəndələri burada dağılmış evlərə baxıb, mülki insanlarla görüşüblər. 

media-banner_tuq

Xəzər TV xəbər verir ki, Ağcabədi rayonunun Qaraxanlı kəndinə 7 otaqdan ibarət 2 mərtəbəli ev yerlə yeksan olub.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov deyib ki, 27-dən 28-nə keçən gecə rayona 100-ə yaxın mərmi düşüb. Bunlar Boyata, Qaraxanlı, Aşağı Hacılı, Niyaz kəndləridir. 30-a yaxın ev ziyan çəkib.

Qaraxanlı kəndi mütəmadi atəşə məruz qalsa da, sakinlər ata-baba ocaqlarını tərk etmir. Çünki ordumuza güvənir. Silahlı Qüvvələrimiz düşmənin layiqli cavabını verir.

Ermənilərin Ağdam və Tərtər rayonlarının cəbhəyanı kəndlərini ağır artileriyadan atəşə tutması nəticəsində xeyli sayda mal-qara da tələf olub.

Ağdamın Qaradağlı kəndinə düşən mərmi isə 15-dək xırdıbuynuzlu heyvanı tələf edib. Tərtər rayonunda isə ümumilikdə 30-a yaxın heyvan düşmənin atdığı mərmilər nəticəsində tələf olub.

Mövzu ilə bağlı materialı təqdim edirik:

https://www.youtube.com/watch?v=4Z_EuzLNl7g

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05