Cəlilabadda 12 yaşlı qızı ilan sancıb-Fotolar

media-hightechnic-468x90

96079Cəlilabadda azyaşlı qızı gürzə ilanı sancıb.

Hadisə rayonun Kövüzbulaq kəndində baş verib. Kənd sakini 12 yaşlı Abbasova Könül Babək qızı ailə üzvləri ilə birlikdə örüş sahəsində təsərrüfat işləri ilə məşğul olarkən ilan onu sağ ayağından sancıb. Azyaşlının qışqırıq səsinə gələn yaxınları ilanı zərərsizləşdirib. Huşsuz halda olan Könül dərhal xəstəxanaya çatdırılıb.

Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında Könül Abbasovaya dərhal ilan zəhəri əleyhinə zərdab vurulduqdan sonra səhhəti qismən normallaşıb.

Qeyd edək ki, bu, Cəlilabad rayonunda təkcə may ayı ərzində baş verən 3-cü analoji hadisədir. Bundan əvvəl də 1-i azyaşlı olmaq 2 nəfər ilansancması diqnozu ilə xəstəxanaya müraciət edib. Həkimlərin vaxtında müdaxiləsi ilə onların həyatını xilas etmək mümkün olub.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600