Cəlilabadda QƏZA: 2 nəfər öldu / Yaralanan var

media-hightechnic-468x90

Cəlilabadda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, noyabrın 2-də saat 6 radələrində Cəlilabad rayonunun Günəşli kəndi ərazisində Astara rayon sakini S.Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Muğan kənd sakini Ə.Şəmmədovun idarə etdiyi “Opel” markalı avtomobilə vurub. Nəticədə Ə.Şəmmədovun sərnişinləri – həmkəndliləri Afiq Niftəliyev və Cəlal Qarayev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600