Çemberlen bu klubun radarına DÜŞDÜ

media-hightechnic-468x90

“Beşiktaş” klubunun 32 yaşlı yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberlen İngiltərə təmsilçisi “Leicester City” klubunun maraq dairəsinə düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə “Fotomaç” nəşri məlumat yayıb.

İngiltərə Premyer Liqasına vida edərək “Championship”ə düşən “Leicester City” yenidən yüksək liqaya qayıtmaq üçün heyətini təcrübəli oyunçularla gücləndirmək istəyir.

Türkiyə və İngiltərə mətbuatına görə, futbolçu özü də bu yay “Beşiktaş”dan ayrılmaq niyyətindədir. Klub isə Oksleyd-Çemberlenin yüksək maaşı səbəbindən onun satışına müsbət yanaşır.

Qeyd edək ki, 32 yaşlı ingilis futbolçu cari mövsümdə “Beşiktaş”ın heyətində 20 oyuna çıxaraq 1 qolla yadda qalıb.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600