!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəmiyyətdən qopanlar, yoxsa dövlət kursuna sabotaj? - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Bakıda rus hərbçilərinin duz-çörək, zurna-balabanla qarşılanması Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmadı.

İnsanların sərt reaksiya verməsinin səbibi dünənin, bu günün işi deyil. Məsələyə lap geniş yanaşsaq, Rusiyanın Azərbaycana qarşı xüsusi bir düşmənçiliyi var. Nəinki Azərbaycanda, Ermənistanda, eləcə də beynəlxalq aləmdə də hər kəs bilir ki, Qarabağı ermənilər təkbaşına yox, məhz Rusiyanın yardımı ilə işğal edib. Deputat Elman Nəsirovun dediyi kimi Azərbaycan xalqı Rusiyaya düşmən deyil, Rusiya Azərbaycana düşmən kəsilib. Götürək 2016-cı ilin aprel döyüşlərini. Azərbaycan Müdafiə naziri Zakir Həsənov özü rəsmən bildirdi ki, döyüşləri Rusiyadan gələn zənglə dayandırıblar.

Bu qədər genişliyə ehtiyac yoxdur, bu bir yazının yox, kitabların mövzusudur. Gəlin, son baş verənlərə diqqət yetirək.

Heç kimin gözləmədiyi halda və yerdən Ermənistan Tovuz istiqamətindən atəşkəsi pozdu. Tovuz istiqamətində bir neçə gün artileriya döyüşləri aparıldı. Torpaq itkisindən və torpaq alqısından söhbət getməsə də, Azərbaycanın çox dəyərli generalı şəhid oldu. Ölkə ayağa qalxdı, müharibə tələb edildi. Tovuz istiqamətində gərginlik başlayandan, Türkiyə istər prezident, istər nazir, istərsə də, deputatlar səviyyəsində Azərbaycanın yanında olacağını bəyan etdi. Döyüşlər bitər-bitməz Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təliminə start verildi – “TurAZ Qartalı – 2020”. Onsuz da Azərbaycanda Türkiyə ordusuna rəğbət çox idi, son baş verənlərdən sonra Türkiyə hərbçilərinin Azərbaycana gəlişi insanlar tərəfindən sevinclə qarşılandı. Ancaq Rusiya gəmilərinin Bakıda qarşılanması ilə Türkiyə hərbçilərinin qarşılanmasını müqayisə etdikdə, türkiyəlilərin qarşılanmasında rəsmiyyət daha qabarıq görünürdü.

Azərbaycanda bir çox ziyalılar, jurnalistlər və siyasətçilər Türkiyənin Azərbaycanda hərbi baza qurmasını da təklif etdilər. Təbii ki, bu fikir də birmanlı qarışlanmadı.

“TurAZ Qartalı – 2020” hərbi təlimləri zamanı Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar da Azərbaycana səfər etdi. Tovuz istiqamətində gedən döyüşlər bir çox mətləblərə aydınlıq gətirdi.

Həcmcə lokal olan döyüşlər Serbiya-Azərbaycan, Gürcüstan-Azərbaycan münasibətlərini ortaya qoydu. Bunlarla bağlı əlavə şərhə ehtiyac görümürəm, mətbuatımız çox geniş şəkildə işıqlandırıb. Məhz bu döyüşlərdən sonra ilk dəfə idi ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edərək, iradını bildirdi.

Prezident İlham Əliyevin Putinə telefonda, “Rusiyanın Ermənistana 8 reyslə 400 ton hərbi yük göndərməsi” iradı, Rusiyanın bu addımı ilə bağlı cəmiyyətdə narahatclıq və sulların səngimədiyi, ölkənin ictimai-siyasi gündəmini zəbt etdiyi bir ortamda rusların bu cür qarşılanıb, mediaya çıxarılması ən yaxşı halda bunu təşkil edənlərin cəmiyyətdən qopuqluğu, daha ağlabatanı isə dövlət kursunun sabotajıdır.

Ölkə rəhbəri Rusiyaya iradını bildirir, cəmiyyətdə Rusiyaya qarşı bir aqresiya, bunun fonunda Hərbi Dəniz Qüvvələri Rusiya hərbi gəmilərini Bakıda duz-çörəklə qarşılayırlar, deputat Elman Nəsirov isə çıxıb açıqlama verir ki, Rusiya ilə münasibətlərin pisləşməsini istəyənlər avantürist adamlardır, Kremillə düşmənçilik yaransa, Qondarma Dağlıq Qarabağın müstəqilliyi tanınacaq. Ha ciddi adam olmadığını deyin, Elman Nəsirov Milli Məclisin deputatıdır. Elman Nəsirov da yaxşı bilir ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, eləcə də Azərbaycan Rusiyanın. Elman Nəsirov onu da yaxşı bilir ki, Azərbaycanda heç kim Rusiyaya düşmənçilik etmir. Rusiya Azərbaycan və Ermənistana eyni səviyyədə yanaşsa, bərabər münasibət göstərsə, kimsə Rusiyaya düşmənçilik edər? Şəxsi fikrimdir, bu sözləri Elman Nəsirov özü yox, ona dedirdildiyinə inananlardanam.

Duz-çörəyin Qafqazda çox önəmli mənası var. Duz-çörəklə hər adam qarşılanmaz. Sənin torpaqlarının işğal olmasında əli olan, prezident səviyyəsində Ermənistana 8 reyslə 400 ton hərbi yük göndərməsi iradı tutulan ölkənin hərbi gəmisi duz-çörəklə, rəqslə qarşılanmamalı idi. Bu addımı atan şəxslər həm cəmiyyətini, həm də dövlət kursunun əksinə getməyi göz önünə alacaq dərəcədə haralarasa bağlıdırlar.

COP29

www.yenicag.az

1215
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv